+994 55 371 14 14
info@macromedgroup.com
Əsas səhifə Haqqımızda Sertifikat Yeniliklər Bizimlə əlaqə
Atrial Fibrilyasiya Məktəbi – 3
news-inner-thumbnail
2024-03-11 12:43:34

Macromed Group olaraq 20 iyun 2026-cı il tarixində keçirilən “Atrial Fibrilyasiya Məktəbi – 3” təlimində sponsor qismində iştirak etməkdən məmnunluq duyduq. Səhiyyə sahəsində peşəkar bilik və təcrübə mübadiləsini təşviq edən bu cür elmi-tədris tədbirlərinin dəstəklənməsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik. Təlim çərçivəsində mütəxəssislərin bir araya gələrək atrial fibrilyasiyanın müasir diaqnostika və müalicə yanaşmalarını müzakirə etməsi, həmçinin klinik təcrübələrin paylaşılması tibbin inkişafına dəyərli töhfədir. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edir, gələcəkdə də səhiyyə sektorunun inkişafına xidmət edən təşəbbüsləri dəstəkləməyə davam edəcəyimizi bildiririk.