2019-cu ildə əsası qoyulan Macromed Group yüksək performanslı intravascular (damardaxil) müdaxilə üçün tibbi cihaz və aksesuarların satışı üzrə ixtisaslaşmış aparıcı tibbi cihaz şirkətidir. Məhsul çeşidlərimizin başlıca özəlliyi ondan ibarətdir ki, onlar əməliyyatlarda yenilikçiliyin tətbiqini, təhlükəsizliyin və səmərəliliyin artırılmasını təmin edən unikal xüsusiyyətlərə malikdir. Macromed Group, Bakıdakı baş ofisimizdə yerləşən xüsusi Müştəri Xidməti Departamenti tərəfindən dəstəklənən yüksək təlim keçmiş satış komandasına malikdir. Xaricdəki təchizatçılarımız yenilikçidir və bu, səhiyyə mütəxəssisləri üçün daha səmərəli şərait yaradır, eyni zamanda xəstələr üçün də daha keyfiyyətli müalicəyə gətirib çıxardır. Macromed Group komandası Azərbaycan tibbi cihaz bazarlarında 20 ilə yaxın təcrübəyə malikdir. Bütün dünyada aparıcı istehsalçı şirkətlərə çıxışımız var və həm indi, həm də gələcəkdə tibb işçilərinin ehtiyaclarını ödəmək üçün təchiz olunmuşuq. Güvənilir performansa malik keyfiyyətli mallara sahib olmaq hər bir doktor üçün çox vacibdir və biz bunu ən sadəsindən ən mürəkkəb məhsullara qədər məhsul portfelimizdə toplamağa çalışırıq. Komandamız məhsullarımızın davamlı keyfiyyətini təmin etmək üçün tədarükün hər mərhələsini dəyərləndirir. Macromed Group innovasiya, keyfiyyət və mükəmməlliyə sadiqdir, şirkətimiz davamlı olaraq müştərilərə rəqabətədavamlı qiymət təklifi və dünya səviyyəli müştəri xidməti ilə dəstəklənən ən yaxşı məhsulları təqdim etməyə çalışır.
Macromed Group olaraq məqsədimiz səhiyyə sahəsində fəaliyyət göstərən müəssisələrə yüksək standartlara cavab verən tibbi cihazlar, avadanlıqlar və məhsullar təqdim edərək klinik proseslərin keyfiyyətini və effektivliyini artırmaqdır. Biz etibarlı təchizat zənciri quraraq müasir tibbi texnologiyaların əlçatanlığını artırmaqla diaqnostika və müalicə proseslərinin daha dəqiq, effektiv və etibarlı aparılmasına töhfə verməyi hədəfləyirik.
Vizyonumuz regionda tibbi texnologiyalar sahəsində etibarlı, innovativ və aparıcı təchizatçılardan birinə çevrilməkdir. Qlobal trendləri izləyərək səhiyyənin gələcəyini formalaşdıran aparıcı şirkətlərdən biri olmaq və beynəlxalq tərəfdaşlarla inteqrasiya olunmuş güclü bir ekosistem yaratmaqdır. Biz səhiyyə sisteminin inkişafına dəstək verən innovativ həlləri bazara təqdim etməklə uzunmüddətli dəyər yaratmağı qarşıya məqsəd qoymuşuq.
Bizim yolumuz davamlı inkişaf, peşəkarlıq və etibarlılıq prinsiplərinə əsaslanır. Dayanıqlı inkişaf, şəffaflıq və peşəkar yanaşma üzərində qurulmuş bir strategiya ilə irəliləyirik. Müştərilərimizlə uzunmüddətli əməkdaşlıq quraraq onların ehtiyaclarına uyğun həllər təqdim edir, beynəlxalq standartlara cavab verən məhsulları bazara çıxarırıq. Keyfiyyət və məsuliyyət bizim əsas iş prinsipimizdir.